Yubiley qolu Rəhman Hacıyevdən gəldi
Premyer Liqada 2013/14 mövsümünün 250-ci qolu vurulub. Yubiley topuna “Sumqayıt”ın futbolçusu Rəhman Hacıyev imza atıb.
Sportal.az xəbər verir ki, futbolçu buna 21-ci turun “Rəvan”la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub.
Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.
saytlarin hazirlanmasi