"Həmin epizodda müdafiəçinin ayağı oyundan kənar vəziyyəti pozurdu"
"Oyunun epizodlarına baxdım. Sizin saytdan elə görünür ki, oyundan kənar vəziyyət var. Ancaq Premyer Liqanın oyunlarını PFL-in operatorları da çəkirlər. Onların çəkdiyi rakursdan görünür ki, oyundan kənar vəziyyət yoxdur."
Bu sözləri Sportal.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Məmmədov həmin epizodda "Qəbələ"nin müdafiəçisinin ayağının qapı xəttinə daha yaxın olduğunu bildirib:
"Həmin epizodda müdafiəçinin ayağı oyundan kənar vəziyyəti pozurdu. Televiziya və oyunun gedişində bunu mümkün etmək bir az çətindi. Ancaq dayandıra-dayandıra baxanda görünür ki, orada təmiz qol vurulub."
saytlarin hazirlanmasi