Daniel Subotiç: "Azərbaycan millisindən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm" MÜSAHİBƏ

15:19 - 17 Fevral 2014

"Ukraynada oynayanda yalnız “Neftçi”nin adını eşitmişdim"
 
“Qəbələ”nin hücumçusu Daniel Subotiçin Sportal.az-a müsahibəsi
 
- “Qəbələ” ardıcıl olaraq evdə iki dəfə məğlubiyyətlə üzləşdi. Buna səbəb nədi?
- Komandamızda oyunçuların fərdi keyfiyyətlərinə görə səviyyəsi yüksəkdi. Sadəcə, bizdə kollektiv oyun alınmır. Lazımi qol fürsətlərindən də yararlana bilmirik. Bu kimi amillər oyunumuzun yaxşı alınmasına mane olur və sonda nəticəyə də öz təsirini göstərir.  “Xəzər Lənkəran”a qarşı da pis oynamadıq. Oyunun tempi düşmədi və qarışılıqlı hücumlarla keçdi. “Xəzər Lənkəran”la oyunda qol epizodlarımız vardı. Xüsusilə də birinci hissədə bu fürsətləri qaçırdıq. Ola bilər ki, səhvlərimiz oldu.  “Qarabağ”la oyunumuz isə istənilən kimi alınmamışdı. Onlar bizi topsuz qoydular və elə də qol imkanlarımız olmadı. 
 
- Bir neçə gündən sonra “Qəbələ”ni səfərdə AZAL-la çətin oyun gözləyir. Nəzərə alın ki, AZAL da qış fasiləsindən sonra qələbə qazanmayıb.  Səncə, səfərdən 3 xal apara biləcəksiz?
- AZAL-a qarşı oynamaq çox çətindi. Çünki belə qapanan komandalar hər zaman təhlükəli olur. İlk oyunu yaxşı xatırlayıram. “Qəbələ”nin heyətində debüt matçım elə  bu komandaya qarşı olub. Həmin oyunda qol vurdum və çətin qələbə qazandıq. 
 
- “Xəzər Lənkəran”a sənin qolların  belə komandanın qələbəsinə yetmədi. AZAL-la qarşılaşmada qollarını sıralamağı düşünürsən? 
Niyə də olmasın?  Özümə əminəm və bu inam “Xəzər Lənkəran”la oyundan sonra daha da artıb. Hücumçunun vəzifəsi qol vurub komandasına qələbə qazandırmaqdı. Mən də öz işimi görürəm. Sözsüz ki, mənim fəqlənməyimdə də ən çox əziyyət çəkən komanda yoldaşlarımdı. Onların ötürməsindən sonra mən qol vurmağa borcluyam. Heç bir hücumçu təkbaşına bir şey edə bilməz. Ona görə də komanda oyunu ən vacib amillərdən biridi. Yalnız bunun hesabına istənilən məqsədə çatmaq olar. Mənim də istəyim daha çox top vurmaq və komandamı daha irəli aparmaqdı.
 
- “Qarabağ”la oyunda ehtiyatda qalmışdın. Əsas heyətdə yer almamağına səbəb nə idi? 
- Səbəb gətirə bilmərəm. Çünki özüm də niyə görə ehtiyatda qaldığımı bilmirdim.  Bunu daha yaxşı baş məşqçi bilər. Hər halda hansı futbolçunun oyuna hazırlıqlı olduğunu hamıdan yaxşı məşqçi bilir. Bu futboldu bəzən əsas heyətdə olarsan məqam da gələr ehtiyata düşərsən. Futbolda belə şeylər olur. Ona görə də heç kim baş məşqçinin işinə müdaxilə etməməlidi. Çünki komandanın verəcəyi hər bir nəticə onun işiylə bağlıdı. Onun cavabdehliyini də baş məşqçi daşıyır.
 
- Yəqin ki, müxtəlif savada malik olan məşqçilərin rəhbərliyi altında futbol oynamısan. Yuri Syomin tanınmış mütəxəssisdi onunla işləmək çətin deyil ki?
- Yuri Syominin müzakirə etməyə dəyməz. Onun vaxtiylə rəhbərlik etdiyi komandaların nəticəsi göz qabağındadır.  Əksinə, onunla işləmək mənim üçün rahatdı. Çünki futbol savadı yüksək olan bir mütəxəssidi. Onun məşqlərinə də söz ola bilməz. Futbolçular da bir işarədən bilir ki, artıq baş məşqçi komandadan hansı oyunu görmək istəyir. Ola bilər ki, hardasa onun oyun fəlsəfəsini meydanda icra edə bilmirik. Ancaq vaxt gələcək ki,  Syominlə “Qəbələ” öz sözünü deyəcək. 
 
- Nəzərə alın ki, azarkeşlər səbirsizdirlər, iki ardıcıl uğursuzluqdan sonra artıq baş məşqçidən narazıdırlar ?
- Nahaq yerə, azarkeşlər səbirsizdirlər. Nəzərə almaq lazımdır ki, Syomin komandanı 6 aydır çalışdırır. Bu qısa müddətdə komanda ikinci yerdə qərar tutub və çempionluq uğrunda mübarizə aparır. Hələ heç nə bitməyib. Baş məşqçiyə də vaxt lazımdır ki, tam öz komandasını formalaşdıra bilsin. Bildiyimə görə, “Qarabağ”ın illərin komandasıdır ki, artıq formalaşıb. Syominə də sərbəstlik vermək lazımdır ki, öz futbol fəlsəfəsini aşılaya bilsin. Azarkeşləri də başa düşürəm, çünki “Qəbələ” yarandığı gündən mükafatçılar sırasında yer ala bilməyib. Ancaq tələsmək də lazım deyil. Tez-tez  baş məşqçi dəyişikliyi komandaya xeyir vermir. Bu tək Azərbaycanda yox, bütün ölkələrdə belədir. Bir- iki oyun uğursuzluq olan kimi dərhal baş məşqçi və komandaya təzyiqlər edilir, belə təzyiq altında da oynamaq bizim üçün də çətindir. Azarkeşlər bir qədər də dözsünlər. Hər şey “Qəbələ” üçün uğurlu alınacaq. 
 
- Çempionatda bütün rəqiblərlə üz-üzə gəlmisiniz. Çempionluğa layiq oynayan komanda kimi görürsən ?
- Azərbaycanda yeganə bir komanda var ki, bütün oyunları stabil çıxış edir, bu da “Qarabağ”dır. Onların oyun üslubu da digərlərindən fərqlənir. Komandada futbolçular bir-birlərini daha yaxşı anlayırlar. “Qarabağ”ın əsas üstünlüyü toplu oynamaqdadır. Görünür ki, orada bir sistem var və futbolçular uzun müddətdir ki, bir yerdə oynayırlar. Onlar meydana çıxanda artıq nə edəcəklərini yaxşı bilirlər. “Neftçi” də oyun üslubuna görə seçilir. Bu komandada səviyyəl futbolçular yetərincədir. Mənə elə gəlir ki, hazırda oyun səviyyəsinə görə “Qarabağ” Azərbaycanda ən güclü komandalardan biridir, hətta deyərdim birincisidir.
 
- Digər ölkələrdə də çıxış etmisən . Azərbaycan Premyer Liqası səviyyəsinə görə səndə necə təsir oyadır?
- Ukraynada oynayanda yalnız “Neftçi”nin adını eşitmişdim. Ondan sonra avrokuboklarda “Qarabağ”ın oyunlarını izlədim. Məndə belə bir təəssürat yarandı ki, Azərbaycanda çempionat maraqlı keçir. Bura gələndən sonra da bunun şahidi oldum. Azərbaycan çempionatında oynamaq elə də asan deyil. 
 
- Səndən fərqli olaraq, başqa ölkələrdən gələn legionerlər Azərbaycanda oynamağı asan hesab edirlər. Elə fikirləşirlər ki, burada qaynamaq daha rahatdır...
- Çox yalnış düşünürlər, ümumiyyətlə futbolda asan bir şey yoxdur, hər şey güc, mübarizə və ağılla olur. Əgər kimsə hesab edirsə, burada rahat oynamaq mümkündür, o, özünü göstərə bilməyəcək. Bəlkə, vaxtıilə belə futbolçular da Azərbaycan klublarında oynayıblar. Adətən, elə düşünən futbolçuların karyerası az müddətli olur, ona görə də tez-tez komanda dəyişirlər. Belə düşünən legionerlər istənilən halda Azərbaycan Premyer Liqasında oynaması mümkün olmayacaq, çünki ildən-ilə komandalar arasında rəqabət artır, mübarizə daha da gərginləşir. İndi Azərbaycanda çıxış edən legionerlər futbolçular ianmıram ki, bu futbolçular burada rahat oynamağı düşünsünlər. Futbolu hər bir yerdə oynamaq çətindir.
 
- Çoxları Azərbaycanı gəlməyə üstünlük vermirlər. Səndə “Volın”dan “Qəbələ”yə keçəndə sən də tərəddüd içindəydin ?
- Əvvəla, “Qəbələ”dən təklif gələndə birbaşa qərar vermədim. Oturub fikirləşdim ki, yerindəcə, komandanın infrastrukturu ilə tanış olum. Azərbaycana gəldim, “Qəbələ”nın bazasını gəzdim və oradakı şəraitlə tanış oldum. Gördüm ki, futbol oynamaq üçün hər cür şərait var. Ondan sonra, razılığımı verdim. “Qəbələ”nin şərtləri məni tam qane etdi.
 
- Həmyerlim Branimir Subaşiç, vaxtı ilə Azərbaycan millisinin şərəfini qoruyub. Belə bir təklif olsa, razılıq verərsən ?
- Niyə də olmasın. Hələ heç bir milli komandada oynamamışam, əgər belə təklif gələrsə, məmnuniyyətlə, qəbul edərəm. Azərbaycan yığmasına çalışaram ki, mən də öz xeyrimi verim. Sözsüz ki, millidə oynamağım üçün bır sıra şərtlər var. O şərtlər federasiya tərəfindən yerinə yetirilsə, millidə oynamağa hazıram.
 
Şahin OĞUZ

Xəbər xətti