"Sumqayıt" isə sonda qərarlaşdı
Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib.
Sportal.az xəbər verir ki, "transfermarkt" saytı Azərbaycan çempionatına 61 milyon 550 min avro qiymət qoyub.
Çempionatın ən dəyərli klubu "Qəbələ"di. Portuqaliya "Porto"sundan İzmaylovu heyətinə qatan əyalət klubunun ümumi dəyəri 12 milyon 150 min avrodu.
İkinci pillədə çempionatın lideri "Qarabağ" qərarlaşıb - 8.700.000. İlk "üçlüy"ü "Neftçi" qapayır. "Ağ-qaralar"ın ümumi dəyəri 7 milyon 725 min avrodu. Eliası 1 milyon avroya heyətinə qatan "Xəzər Lənkəran" 200 min avro "Neftçi"dən geri qalır.
Çempionatın ən ucuz klubu isə autsayder 1 milyon 900 min avro qiymət qoyulmuş "Sumqayıt"dı.
1. "Qəbələ" - 12.150.000
2. "Qarabağ" - 8.700.000
3. "Neftçi" - 7.725.000
4. "Xəzər Lənkəran" - 7.525.000
5. "Bakı" - 7.275.000
6. "Simurq" - 5.000.000
7. "İnter" - 4.925.000
8. "Rəvan" - 3.700.000
9. AZAL - 2.650.000
10. "Sumqayıt" - 1.900.000
Cəmi - 61.550.000
saytlarin hazirlanmasi