"Sadıq Sadıqov tərəfindən qarşıma məqsəd qoyuldu"

12:24 - 19 Fevral 2014

Hüseyn Məhəmmədov: "Hələlik hansı yaş qrupunu çalışdıracağım məlum deyil"

 

"Sağ olsun "Neftçi"nin prezidenti Sadıq Sadıqov məni qəbul etdi. Klub rəhbərlərindən, yerli mütəxəssislərə, məşqçilərə ən çox inanan Sadıq Sadıqovdur. Mən ona minnətdarlığımı bildirirəm".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin aşağı yaş qruplarına qapıçılarla işləyən məşqçi vəsifəsinə təyin olunan Hüseyn Məhəmmədov deyib. Məhəmmədov onun qarşısına qoyulan məqsədlərdən də bəhs edib:

 

"Hələlik hansı yaş qrupunu çalışdıracağım məlum deyil. Bir-iki günə Mübariz müəllim bu barədə məni xəbərdar edəcək. Sadıq Sadıqov tərəfindən qarşıma məqsəd qoyuldu. Bu da "Neftçi" və milli komandalara yararlı, yaxşı qapıçılar yetişdirməkdir".

Xəbər xətti