"Simurq" və AZAL "qara zolaqdan çıxa biləcəkmi?
Bu gün Premyer Liqada 22-ci turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, turun ilk oyunu paytaxtda baş tutacaq. Son turlarda uğursuz nəticələ . qazanan iki komanda- AZAL və "Qəbələ" üz-üzə gələcək.
Daha bir matç Zaqatalada keçiriləcək. Burada yerli "Simurq" komandası autsayder "Sumqayıt"ı qəbul edəcək.
Günün mərkəzi qarşılaşmalarından biri də Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçıdır. Qış fasiləsindən sonra inamlı təsir bağışlayan bu komandaların da oyununa maraq az deyil.
"Qarabağ" isə səfərdə "Rəvan"ın qonağı olacaq. Bayıldakı matçda "Rəvan" "Qarabağ" üzərində tarixində ilk qələbəni qazanmaq üçün meydana çıxacaq.
19 fevral (çərşənbə)
15:00. AZAL – “Qəbələ”1:2
Qol: Nenad Turkeviç, 39, Daniel Subotiç, 43, Şəhriyar Rəhimov(öz qapısına), 70
AZAL Arena stadionu
16:00. “Simurq” – “Sumqayıt”4:0
Qol: Draqan Çeran,13, 48, İdan Vaytsman, 20, Salif Ballo, 86,
Zaqatala şəhər stadionu
17:00. “Rəvan” – “Qarabağ”0:2
Qol: Corc Leroy, 60,70,
Bayıl Arena stadionu
17:00. “Xəzər Lənkəran” – “Bakı”0:2
Qol: Yuri Travner, 70, Rauf Əliyev, 90,
Lənkəran şəhər mərkəzi stadionu
saytlarin hazirlanmasi