Syomin: "Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşdıra bilərəm"

17:47 - 19 Fevral 2014

"Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik"

 

“İlk dəfədir ki, burada qalib gəlirik. Nəticə çox yaxşıdır, futbolçular oyuna ciddi yanaşmışdılar. Oyunun keyfiyyəti ürəyimcə olmadı, daha yaxşı oyanya bilərdik. Bundan öncəki oyunu daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri AZAL üzərində qələbədən sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin bəzi futbolçuları komandadan kənarlaşdıra biləəyinin mesajını verib:

 

"Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular, Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşadıra bilərəm. Hər kəs səhv edə bilər”. 

Xəbər xətti