"İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir"

19:14 - 19 Fevral 2014

Böyükağa Hacıyev: "Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi"

 

“Gərgin oyun oldu, hesabda iki dəfə geri olsaq da, heç-heçə etdik. Müdafiəçilərin cəzalı olması oyunumuza təsir etdi.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Hacıyev öz futbolçularının zəif oyununa və 11 metrlik cərimə zərbəsinə toxunub:

 

Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi. 11 metrlik cərimə zərbəsi verilirsə, vərəqə də verilməli idi".

 

Hacıyev legionerlərinin oyununu da tənqid edib:

 

"Bir sıra legionerlərin oyunu məni qane etmədi. Üç əvəzetmənin hamısı özünü doğrultdu. İrəlidə 14 oyun var, aradakı xal fərqini azaltmağa çalışacağıq. İki standard vəziyyətdən qol buraxdıq. Saşa Stamenkoviç hər iki topu götürməli idi. Buraxılan qollarda müdafiəçilərin də günahı var idi. “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir. Ona görə də, “İnter” üç xal itirmədi, 1 xal qazandı”. 

Xəbər xətti