Dənizli: "Məğlubiyyətin olacağını bilirdik"

20:00 - 19 Fevral 2014

"Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu"
 
“Azərbaycanda ilk məğlubiyyətimi aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan səhvdən vurulur".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Bakı" ilə oyundan sonra bildirib. O, komandasının buraxdığı ikinci qola da belə şərh verib:
 
"Qapımızdan bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin olacağını bilirdik, bu tura təsadüf etdi. “Bakı”da bizim kimi oyuna hücumlarla başladı. Biz məğlub olduq, “Bakı”ya qarşıdakı oyunlarda uğurlar arzulayıram”. 

Xəbər xətti