Subotiç: "Ümid edirəm ki, komandam çempion, mən də bombardir olacam"

00:07 - 20 Fevral 2014

"Çalışacam ki, azarkeşlərimizi sevindirim"
 
"AZAL-la oyunlarımız həmişə çətin olur. Çünki rəqibimiz fiziki cəhətdən güclü komandadır, həm də bizə qarşı qapalı oyun göstərirlər, əsas olan üç xalı qazandıq. Bu oyunda qol vurub komandama kömək etdiyim üçün çox xoşbəxtəm və çalışacam i, getdikcə qollarımın sayını da artırırım.
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin ən çox qol vuran futbolçusu Daniel Subotiç bildirib o, bombardirlik yarışında da mübarizəni davam etdirəcəyini də dilə gətirib:
 
"Bu oyunda "Qəbələ" forması ilə 10-cu qolumu vurdum və hazırda bombardirlik yarışında birinci yerdəyəm Nəzər alın ki, ilk turlarda müəyyən səbəblərə görə forma geyinə bilmədim. Əsas olan komandanın qələbə qazanması, uğurudur. Mən də qollarımla bunu etməyə çalışacam və bombardirlik yarışında da mübarizəni davam etdirəcəm. Bu siyahıda liderliyi heç kimə vermək istəmirəm. Ümid edirəm ki, komandam çempion, mən də bombardir olacam.".
 
Təcrübəli forvard növbəti rəqibləri "Rəvan" haqqında da öz fikirlərini bildirib:
 
"Rəvan" asan rəqib kimi görünsə də, ancaq elə deyil. Bizim üçün ağır oyun olacaq, Azərbaycan çempionatında asan rəqib yoxdur. Ancaq biz bu oyuna yalnız üç xal üçün çıxacağıq və çempionluq yarışında öz yolumuzla gedəcəyik. Bu oyunda söz verə bilmərəm ki, qol vuracam. çünki söz verməyi xoşlamıram, amma komandam üçün əlimdən gələni edəcəm və çalışacam ki, qol vurum".

Xəbər xətti