Spiçiç: "Neftçi" ilə oyunda iki xal itirdik" MÜSAHİBƏ

15:10 - 20 Fevral 2014

"Bakı" ilə oyun "Neftçi" ilə oyundan daha ağır olacaq"
 
"İnter"in futbolçusu Matiya Spiçiç "Neftçi" ilə matçdan sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb.
 
Həmin müsahibəni təqdim edirik:
 
- "Neftçi" ilə oyun haqqında danışardın...
- Əvvəldən də ağır oyun olacağını bilirdik. Bizə verilən tapşırığı yerinə yetirdik , hesabda iki dəfə irəli çıxsaq da, sona qədər qoruya bilmədik. Son dəqiqələrdə qələbəni əldən verdik. Ancaq bir xal da pis xal deyil.
 
- "İnter" bu oyunda bir xal qazandı, yoxsa iki xal itirdi ?
- Deyərdim ki,  iki xal itirdik. Çünki oyunda daha yaxşı oynayan biz idik və bir neçə epizodlardan da istfadə edə bilmədik.
 
- Rəqibin əsas futbolçuları yox idi..
- Məncə, onların olmaması rəqibimizə cüzi təsir etdi. Çünki onları əvəzləyən futbolçular da pis mübarizə aparmadılar. 
 
- Növbəti oyun 3-cü mərhələdə məğlub olmayan "Bakı" ilə qarşılaşacaqsınız...
- Bəli, üç gün sonra "Bakı" ilə qarşılaşacağıq. "Bakı" ilə oyun "Neftçi" ilə oyundan daha ağır olacaq. Ancaq bizim bu oyunda bir məqsədimiz var, o da 3 xal qazanmaq. Bunun üçün əlimizdən gələni edəcəyik.
 
- Son oyunlarda qazandığınız vacib xallarla yenidən çempionluq yarışına qoşuldunuz..
- Biz sonuncu tura qədər liderlik uğrunda mübarizə aparacağıq. Hazırda çempionat getdikcə gərginləşir, bir neçə komanda yüksək yerlər üçün mübarizə aparır. Bizim bu yolda növbəti rəqibimiz "Bakı"dır, çətinliklədə olsa, bu oyunda qələbə qazanmalıyıq.

Xəbər xətti