Əmrah Çəlikəl: "Biz Çempionlar Liqasında oynamaq istəyirik" MÜSAHİBƏ

16:38 - 20 Fevral 2014

"Kiməsə klubda ab-havanı korlamaq sərfəlidir"
 
“Qarabağ”ın idman direktoru Əmrah Çelikəl müsahibəsində komandasının çempionluq təqibindən, ağdamlıların rəhbərliyi ətrafında söz-söhbətlərdən danışıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- “Qarabağ”ın yaxın təqibçisi ilə xal fərqi elə də  pis deyil. Komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Dörd xal yaxşı fərqdir. Ancaq fərq elə də böyük deyil. Bu, bizə arxayınlıq gətirə bilməz. Qarşıda hələ 14 tur var və əsası son oyun gününə  belə xal ehtiyatı əldə etməkdir. “Qəbələ”, “Bakı”, “Neftçi” asan təslim olmayacaq.
 
- Həmin rəqiblər bir o qədər də sabit çıxış etmir.
- Ola bilər ki, bu belədir. Ancaq bu, bizi narahat etməməlidir. Biz özümüz öz xallarımızı toplamalıyıq. İddialara gəlincə, biz hər mövsümdə qarşımızda ən yüksək məqsədlər qoyuruq. Mən hesab etmirəm ki, biz çempionluğa bu qədər yaxınıq. Üç-dörd tur sonra harada olacağımız hələ məlum deyil. Hələ 14 turu demirəm. Əsas odur ki, biz çempion olmaq şanslarını saxlayırıq və bundan istifadə etmək lazımdır.
 
- TPL-in 22-ci turu ərəfəsində yerli KİV-də klubun hazırkı rəhbərliyini dəyişiləcəyi ilə bağlı məlumat yayıldı. Bu barədə nə deyə bilərsiniz?
- Bəziləri hərə çox irəli gedərək yazıblar ki, rəhbərlik artıq dəyişib (gülümsəyir). Bütün bunlar, əlbəttə ki, həqiqət deyil. Azersun Holding gələcəkdə də həmişə klubun hamisi olaraq qalacaq.
 
- Bu məlumat komandanın məhz liderliyini möhkəmləndirdiyi zaman yayıldı. Görən, nə üçün?
- Mənim özümə də maraqlıdır. Yəqin ki, bunda kiminsə marağı var. Kiməsə klubda ab-havanı korlamaq sərfəlidir. Biz buna alışmışıq və özünüz gördüyünüz kimi, belə şeylər bizə mane olmur. Bu mövsüm biz öz istəyimizə çatacağıq.
 
- Komandanın çempion olacağı təqdirdə onu nə gözlədiyini başa düşürsünüz? Axı gözlənilənlər Avropa Liqasında iki-üç mərhələdən daha çox olacaq. Təbii ki, tənqid daha ciddi olacaq və klubun hər bir züvü təzyiqi hiss edəcək. Klub bütün bunlara hazırdır?
- Klubumuzun öz siması var. Avrokuboklarda kifayət qədər təcrübəmiz var. Biz çoxdan hazırıq və Çempionlar Liqasında oynamaq istəyirik. Təzyiqi həmişə hiss etmişik. Bunu həmişə öz nəticələrimizlə doğrultmuşuq. Başa düşürük ki, çempionluqdan sonra daha çətin olacaq. Bizdən daha çox şey gözləyəcəklər. Çempionatı qazanıb ardını gözləyəcəyik. Görək hər şey necə olur.
 
mənbə: azerisport.com

Xəbər xətti