"Əgər bu informasiyanı sizlərə verirlərsə, olmaz ki, həmin futbolçuların adları da yazılsın?" MÜSAHİBƏ

11:49 - 21 Fevral 2014

Samir Abbasov: "Hamımız istəmişik ki, Çertaqanov kapitan olsun"
 
"Sumqayıt"ın futbolçusu Samir Abbasovun Sportal.az-a müsahibəsi
 
- Zaqataladakı acı məğlubiyyətə necə şərh verərdin?
- Nə deyə bilərəm. Zəif oynadıq uduzduq. Hesab 4:0 və ya 2:0 oldu, fərq nədir ki? Məğlubiyyət elə məğlubiyyətdir.  "Simurq" daha istəkli oynadı və qəlbə qazandı. 
 
- Komandanı meydana kapitan kimi Çertaqanov çıxarmışdı. Buna səbəb nə idi?
- Çertaqanov oldu, ya da Samir. Heç bir şey dəyişmir. Bir oyuna komandanı kapitan kimi meydana o çıxarar, növbəti oyuna mən. Hamımız istəmişik ki, Çertaqanov kapitan olsun. O daha təcrübəlidir, millidə də daha çox oynayıb.
 
- Yayılan xəbərlərə görə, "Sumqayıt"da maaşları gecikir. Hətta deyilənə görə, 2-3 ay maaş almayan futbolçular da var...
- Mən də məlumatları oxumuşam. Əgər bu informasiyanı sizlərə verirlərsə, olmaz ki, həmin futbolçuların adları da açıqlasınlar? Şəxsən mənim maaşım gecikmir. O söhbəti komandadan gedənlər yayır. Ola bilsin klubun onlara borcu var. Bu barədə dəqiqi bir məlumatım yoxdur. Ancaq futbolçuların maaşlarında gecikmə olmur.
 
- Növbəti turda komandanızı "Neftçi" ilə çətin oyun gözləyir. Bu rəqibdən evdə xal qoparmaq şansıni neçə dəyərləndirirsən?
- Qarçıdakı turda Premyer Liqanın ən güclü komandalardan birinə qarşı oynacağıq. "Neftçi"nin heyətində itkilər var. Onlar üç oyundur ki, qələbə qazana bilmirlər. Hər halda bura daha istəkli gələcəklər. Biz "Neftçi"nin tam heyətinə qrşı da oynamışıq. Ümid edirəm ki, maraqlı oyun olacaq, Fikrimcə, bizi daha bir çətin sınaq gözləyir.   
 
- Aqil Məmmədovun komandası ilə Bernard Rabın komandası arasında nə kimi fərqlər var?
- Hər iki məşqçinin dövründə 6 aydan bir komanda dəyişir.  Son iki-üç ildə cəmi iki-üç nəfər komandada qalıb.  Fərqləri odur ki, biri cavandır, biri daha təcrübəlidir. İş metodikasında elə də fərq görmürəm, hər ikisi işinin öhdəsindən gələ bilir.
 
Şahin OĞUZ

Xəbər xətti