Klubun matçlarının yayımlanmasına qadağa qoyuldu
İspaniyanın "Atletiko" klubunun matçları Ermənistanda yayımlanmayacaq.
Sportal.az xəbər verir ki, Ermənistan tərəfi "Atletiko"nun Xocalı soyqırımı ərəfəsində oyunlara qara sarğı ilə çıxması qərarından sonra bu addımı atıb. Ermənistanda "Atletiko" komandasının yayım hüququna malik olan ATV kanalı rəhbərliyi klubun matçlarını yayımlamamağa qərar verib.
Qeyd edək ki, Ermənistan ATV kanalı sabah baş tutacaq "Osasuna"-"Atletiko" matçını canlı yayımlamağı planlaşdırsa da, fikrindən daşınıb.
Xatırladaq ki, "Atletiko" klubu futbolçuları Xocalı soyqırımının ildönümü ərəfəsində keçirəcəkləri matçlara qollarında qara sarğı ilə çıxmağa qərar veriblər. Başda Arda Turan olmaqla Xocalı soyqırımını pisləyən bir neçə futbolçunun videoçarxı isə klubun rəsmi saytına yerləşdiriləcək.
saytlarin hazirlanmasi