22-ci turun rəmzi komandası: "Qarabağ"ın futbolçuları hanı?

13:32 - 23 Fevral 2014

Ən yaxşı oyunçu Draqan Çeran seçilib
 
Azərbaycan Premyer Liqasında 22-ci turun rəmzi komandası məlumdur.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı – Lukaş Sapela (Rəvan)
 
Müdafiəçilər – Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter), Emin Mehdiyev (Neftçi)
 
Yarımmüdafiəçilər – Vaqif Cavadov (İnter), Rəşad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz Abdullayev (Neftçi)
 
Hücumçular – Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı)
 
“Qarabağ” bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır – oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”, qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox – 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.
 
Azərbaycan Premyer Liqasında 22-ci turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.
 

Xəbər xətti