Elxan Abdullayev: "Püşk üzümüzə gülmədi"

17:12 - 23 Fevral 2014

"Bu qrupda 3-cü yeri tuta bilsək, böyük şeydi"

 

"Püşk üzümüzə gülmədi. Deyərdim ki, ən çətin qruplardan birinə düşdük. Sonuncu səbətdə qərarlaşan ən güclü Malta belə bizim bəxtimizə düşdü. İtaliya artıq vəsiqəni özü üçün təmin edib. İkinci yer uğrunda mübarizə bizim üçün çox çətin olacaq".

 

Bu sözləri Sportal.az-a açıqlamasında milli komandamızın sabiq məşqçisi Elxan Abdullayev deyib. Abdullayev qrudakı digər klubları belə dəyərləndirib:

 

"Bu qrupda çox çətin oyunlar olacaq. Bolqarıstan, Xorvatiya Norveç kimi komandaların oyunu maraqlı olacaq. Xorvatiya kimi təcrübəli komandanı məğlub etmək heç inandırıcı görünmür. Gəlin optimist olaq, şansmız çox azdır. Mənə elə gəlir ki, bu qrupda 3-cü yeri tuta bilsək, böyük şeydi".

Xəbər xətti