Georgi Nikolov: "Azərbaycan 3-cü yer uğrunda mübarizə apara bilər"
"Avro-2016" seçmə mərhələsində milli komandamızın rəqibləri məlum olub. Fransanın Nitsa şəhərində keçirilən püşkatmada yığma komandamız H qrupunda yer alaraq İtaliya, Malta, Xorvatiya Bolqarıstan yığmalarına rəqib oldu.
"İnter"in prezidenti Georgi Nikolov millimizin yer aldığı qrupdakı komandaları dəyərləndirib. Bolqar iş adamı Sportal.az-a açıqlamasında milli komandamızın Bolqarıstan yığması ilə eyni qrupda yer almasını belə dəyərləndirib:
"Azərbaycan millisi elə də asan qrupa düşməyib. İtaliya və Xorvatiya dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Sözüsüz ki, qrupun favoriti İtaliya yığmasıdır. Xorvatiya isə ikinci pilləni əldən verməyəcək. Norveç millisini elə də asan rəqib hesab etməyin. Bolqarıstana gəlinsə, əvvəlki illərlə müqayisədə bir qədər zəifləyib. Norveç və Bolqarıstan yığmasında nəsil dəyişdiyindən yenidən formalaşırlar.
Azərbaycan yığmasının hər iki rəqibdən xal qazanmaq ehtimalı var. Xüsusilə də milli komandanız son 4 il ərzində artıq formalaşmaq üzrədir. Futbolçular xeyli vaxtdır bir yerdə oynayırlar. Son seçmə mərhələdə göstərilən nəticə bundan xəbər verir ki, Azərbaycan millisi doğma meydanında istənilən rəqibə müqavimət göstərə bilər. Maltanı evdə məğlub edib, səfərdə də qalib gələ bilsə, hardasa 3-cü yer uğrunda mübarizəyə qoşula bilər. Fikrimcə, 3-cü yer uğrunda vəsiqə əsasən Norveçlə Bolqarıstan arasında gedəcək. Niyə yalan danışım, Azərbaycan millisi ilə oyunda Bolqarıstana azarkeşlik edəcəm. Əgər vaxtım olarsa, səfərdəki oyunu da birbaşa stadiondan izləyəcəm".
saytlarin hazirlanmasi