Mustafa Dənizli: "Uşaq səhvlərindən 3 xalı itirdik"

19:57 - 23 Fevral 2014

"Futbolçuların bəzən həvəskar davranışı olur"

 

“Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol imkanlarımız oldu, qalib gəlməli idik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib. Dənizli Mbillanın əvəzlənməsinə də münasibət bildirib:

 

"Hesabda iki topla üstün idik, uşaq səhvlərindən 3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm. Mbillanın həm ağzından, həm də ayağından zədələnməsi səbəbi ilə onu əvəzlədik”.

Xəbər xətti