Premyer Liqanın 600-cü qolunu kim vurdu?

12:13 - 24 Fevral 2014

Aleksandar Şoliçdən yubiley qolu
 
Azərbaycan Premyer Liqasının 23-cü turunda vurulan qol “Bakı” üçün yubileylə əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, “İnter”lə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşüb. Belə ki, xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub.
 
Ölkə çempionatlarında müxtəlif adlar altında çıxış edən komanda “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları altında keçirdiyi 472 qarşılaşmada 600 qol vurub və 443-nü buraxıb. Bakılılar 340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşayıb.
 
Qeyd edək ki, yalnız 4 klub “Bakı”dan çox qol vurub. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənib. 
 

Xəbər xətti