23-cü turun rəmzi komandası məlum oldu

10:41 - 25 Fevral 2014

Andrey Popoviç ən yaxşı seçildi
 
Azərbaycan Premyer Liqasında 23-cü turun rəmzi komandası açıqlanıb.
 
Sportal.az xəbər verir ki,  InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı – Andrey Popoviç (Sumqayıt)
 
Müdafiəçilər – Yure Travner (Bakı), Bədavi Hüseynov (Qarabağ), Mario Abrante Alvares (Bakı), İlkin Qırtımov (Simurq)
 
Yarımmüdafiəçilər – Rəhman Hacıyev (Sumqayıt), Riçard Almeyda (Qarabağ), Alberto Noquera (Bakı), Mirzağa Hüseynpur (Sumqayıt)
 
Hücumçular – Nedo Turkoviç (AZAL), Ruslan Nəsirli (Sumqayıt)
 
Turun ən yaxşı oyunçusu isə “Sumqayıt”ın qapıçısı Andrey Popoviçdir.
 

Xəbər xətti