"Rəqiblər güclü olsa da biz müqavimət göstərməyə çalışmalıyıq"

12:15 - 25 Fevral 2014

Mahmud Qurbanov: "Bəzən komandamız səviyyəcə özündən qat-qat güclü rəqibini üstələyib"
 
"Avro-2016" seçmə mərhələsində milli komandamızın rəqibləri məlum olub. Fransanın Nitsa şəhərində keçirilən püşkatmada yığma komandamız H qrupunda yer alaraq İtaliya, Malta, Xorvatiya Bolqarıstan yığmalarına rəqib oldu. 
 
Milli komandamzın məşqçisi Mahmud Qurbanov yığmamızın yer aldığı qrupdakı komandaları dəyərləndirib. Qurbanov  Sportal.az-a açıqlamasında 3-cü yer uğrunda mübarizədə bütün rəqiblərə evdə qalib gəlməli olduqlarını bildirib:
 
“Çətin bir qrupa düşmüşük. Heç biri də asan rəqib deyil. İtaliya ilə Xorvatiya millilərinin gücü hamıya bəllidir. Norveç və Bolqarıstan yığmaları da yaxşı futbol ənənələri var. Ancaq adlarını qeyd etdiyim son iki komandaya qarşı oynamaq olar. Onların hər ikisindən həm evdə həm də səfərdə xal ala bilərik. Əgər daha çox xal toplamaq istəyiriksə, ev oyunlarında hər bir komandaya qarşı gücümüzü qoymalıyıq. Hətta rəqib güclü olsa da biz müqavimət göstərməyə çalışmalıyıq. Ustalıq səviyyəsinə görə onlardan geri qalsaq belə əzmkarlığın hesabına nəsə edə bilərik. Güclü rəqibdən bir xal qoparmağın özü bir qənimətdir.
 
Adətən millimiz güclü rəqiblərlə oyunda özünü yaxşı tərəfdən göstərib. Bəzən komandamız səviyyəcə özündən qat-qat güclü rəqibini üstələyib. Əgər millimiz bunu bacarıbsa, deməli istənilən komandaya qarşı oynayar həm də xal qopara bilər. Seçmə mərhələ oyunlarının təqvimindən turnirə necə start götürəcəyimizdən də çox şey asılıdı. Məşqçilər korpusu da milli komandanın uğur qazanmasını istəyir. Bunun üçün çalışacağıq ki,  yaxşı nəticə göstərək.
 
İtaliya, Malta və Bolqarıstan millisinə qarşı oyunlarda çıxış etmişəm. Bu komandaları bir-biriylə müqayisə etmək düzgün çıxmaz. Çünki İtaliya əvvəlki kimi gücünü saxlayır, bəlkə daha da güclənib. Norveç ilə Bolqarıstan milliləriyə oyunda doğma divarlar arasında azarkeşlərin dəstəyiylə uğur qazanmaq olar”.       

Xəbər xətti