Natiq Muxtarlı: "Belə fikir formalaşdırmaq Rövnəq Abdullayev və Elxan Abdullayeva işləməkdir"
"Əslində bu sualın verilməsi düzgün deyil. Çünki mətbuatın belə suallara cavab vermək missiyası arxada qalıb. Artıq 6 ildir Foqts Azərbaycan millsinin başındadır və Rövnəq Abdullayev AFFA-nın başına keçəndən sonra Azərbaycan xalqına məxsus olan sərvət, pul boş yerlərə xərclənir və heç nədən havaya sovrulur".
Bu sözləri Sportal.az-a açıqlamasında Komanda qəzetinin redaktoru Natiq Muxtarlı deyib. Muxtarlı milli komandamızın "Avro-2016"ıın seçmə mərhələdəki şanslarını belə qiymətləndirib:
"Bizə də belə ümid verirdilər ki, "Avro-2016" üçün komanda qurulur. Buyurun, artıq vaxt gəlib çatdı. Bu gün Azərbaycan ictimaiyyəti tələb qoymalıdı və canınız çıxmalıdı ki, Avropa Çempionatı 2016-ya vəsiqə qazanmalısınz. Danışmamalıyıq ki, ay İtaliya güclüdür, ay Xorvatiya güclüdür, ay Bolqarıstan güclüdür. Ermənistan İtaliya ilə heç-heçə oynayıb, Ermənistan Bolqarıstanı dünya çempionatınn çeçmə mərhələsində məğlub edib. Ac və pulu olmayan Ermənistan. Ya bu adamlar Avropa Çempionatına vəsiqə qazanmalıdırlar, ya da tam tərkibdə istefa verməlidirlər. Sonra da xərclədikləri puların hesabatını veriməlidirlər və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Mətbuata baxıram və insanlara belə rəy formalaşdırıblar ki, "qrupumuz güclüdür". Əslində belə rəy formalaşdırmaq Azərbaycan ictimaiyyətinə xasdır. Belə fikir formalaşdırmaq Rövnəq Abdullayev və Elxan Abdullayeva işləməkdir. Bu qədər pulun, vaxtın müqabilində belə rəy olmamalı idi, Azərbaycan millisi bu gün zəif olmamalı idi, Azərbaycan millisi Norveç, Bolqarıstan və Maltadan da güclü olmalı idi".
saytlarin hazirlanmasi