"AFFA rəhbərliyi necə plan qurursa qursun AÇ-2016-nı kənardan izləməli olacaq"
"Qruplarımız çətin qrupdu. İtaliya və Xorvatiya artıq birinci və ikinci yerləri yüz faiz tutacaqlar. Norveç bir az zəifdi ki, Bakıda bu komandadan xal almaq olar, hətta qələbə də qazanmaq olar. Şansımız çox azdı. Qrupdan çıxmağımız yuxudur. Bilmirim Elxan Məmmədov nəyə əsaslanıb deyir ki, "bizim məqsədimiz qrupdan çıxmaqdır". AFFA rəhbərliyi belə açıqlama verməkdənsə, komandanın güclənməyi naminə bir iş görəmli idi. Bundan əvvəlki tsiklda qazanılan 9 xal heç kimi aldatmasın. Hamı bilir ki, o xallar necə qazanıldı".
Bu sözləri "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin AÇ-2016-ya vəsiqə qazanmağın nağıl olduğunu da dilə gətirib:
"Təqvimə diqqət yetirsək görərik ki, güclü komandalarla oyun səfərdə olur, bu görüşlərin cavab oyunları isə tsiklın axırında baş verir. Bunda da İtaliya və Xorvatiya kimi komandalara xal lazım olmur, gəlirlər Azərbaycana xal verib gedirlər. Biz yalnız belə xal ala bilərik. AFFA rəhbərliyi necə plan qurursa qursun AÇ-2016-nı kənardan izləməli olacaq. Avropa Çemionatına çıxmaq nağıldı.
.
"Futbol üzrə dövlət proqramı başa çatır. 17, 19 və 21 yaşlılardan ibarət milli komandalarımız qatıldığı turnirlərdə biabırçı nəticələrlə geri qayıdırlar. AFFA-dan heç kim hesabat tələb etmədiyindən, mətbuatın 80 faizi öz əllərində olduğuna görə özlərini çox azad hiss edirlər. Avropa 2015 Olimpiya oyunları ilə özlərini siğortalıyırlar ki, biz dövlət proqramını yerinə yetirmişik. Bütün bunlar kosmetik göstəricilərdir. Hər il bir turnir olur, ötən il Hərbiçilər arasında turnir, gələn il Olimpiya oyunları. Onların fikrincə futbolumuz inkişaf edir, amma hələ də bir futbolçu yetişdirə bilməmişik. Yenə qeyd edirəm, mətbuatın 80 faizi Elxan Məmmədova işləyir".
saytlarin hazirlanmasi