"İnter”lə oyunda meydana 3 xal üçün çıxacağıq"
“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın Sportal.az-a müsahibəsi
- AZAL-la oyunda son dəqiqələrdə gözlənilmədən qapınızdan iki qol buraxdınız...
- Biz bu oyunda iki xal itirdik. Oyuna yaxşı başlamışdıq. 2:0 hesabı ilə öndə idik. Amma sonda qələbəni penalti ilə əldən verdik. Bu, heç də yaxşı olmadı. Düşünürəm ki, biz qələbəyə layiq oyun oynadıq. Daha çox qol vura bilərdik. Sadəcə, oyunun sonlarındakı səhvlərimizdən qol buraxdıq.
- “Xəzər Lənkəran” ikinci hissədə səhvlər etdi...
- Razıyam ki, biz birinci hissədə daha yaxşı oynadıq. Amma ikinci hissədə müdafiə olunduq və səhvlər etdik. Rəqib səhvlərimizdən lazımınca istifadə etdi.
- “Xəzər Lənkəran” digər komandaların xal itirməsindən istifadə edib irəliləyə bilərdi...
- Təəssüf edirəm ki, biz buna nail ola bilmədik. Əlbəttə ki, əlimizə yaxşı imkan düşmüşdü. Amma istifadə edə bilmədik. Bunları unudub qarşıdakı oyunlara baxmalıyıq. Bizə qələbələr lazımdı.
- Qarşıda “İnter”lə doğma meydanda çətin oyun var...
- “İnter”lə oyunda meydana 3 xal üçün çıxacağıq. İnanıram ki, buna nail ola biləcəyik. Çünki xallara ehtiyacımız var. Rəqib güclü komandadı. Amma bizə sadəcə, qalibiyyət və 3 xal lazımdı.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi