"Xəzər Lənkəran"ın zədəlisi: "Bu gün oynayıb-oynamayacağım hələ dəqiqləşməyib"

08:05 - 28 Fevral 2014

Orxan Sadıqlı: "Çarpaz bağlarımda dartınma olub"
 
Dünən "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının zədələnərək məşqi yarımçıq tərk etdiyini sizə bildirmişdik.
 
Zədəsi haqqında son məlumatı öyrənmək üçün qolkiperin özü ilə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Dünən məşqi erkən tərk etməli oldum. Səbəb isə sol dizimdəki ağrılarin olması idi. Həkim bildirdi ki, çarpaz bağlarda dartınma olub. Bu gün "İnter"lə oyunda oynayıb-oynamamağım dəqiq bilinmir. Oyun başlamamışdan əvvəl həkimin fikri öyrənilib sonra qərar veriləcək".
 
Qeyd edək ki, Sadıqlı komandasının əsas üzlərindən biridir.

Xəbər xətti