"Klublar və jurnalistlər futbol qaydalarını bilmir" VİDEO

14:46 - 28 Fevral 2014

"Arena" verilişinin növbəti buraxılışı oldu
 
“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
 
Sportal.az xəbər verir ki, verilişdə iki qonaq – AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və “Het Trik Nyus” qəzetinin baş redaktoru İlqar Tağıyev olub. Veriliş ərzində Xaqani Məmmədov Premyer Liqanın XXIII turunun mübahisəli epizodlarına aydınlıq gətirib, AZAL-ın “Xəzər-Lənkəran”ın qapısına vurduğu penaltinin qaydalar çərçivəsində olduğunu diqqətə çatdırıb. Verilişdə “Rəvan”ın qapıçısının “Qəbələ” ilə görüşdə etdiyi tərbiyəsiz hərəkət ciddi tənqid olunub.
 

Xəbər xətti