"Qarşıdakı oyunlarda itirdiyimiz xalları bərpa etmək lazımdır"
“Mükəmməl bir seriyadan sonra bərabərlik seriyası başladı. İnşallah bu itirilmiş xalları qarşıdakı oyunlarda qazanarıq, turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. Bura gəldiyim gün vəziyyətimiz bu liqaya yaraşmayan halda idi, davamlı olaraq irəliləmək istəyirik".
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib. Dənizli bu mövsüm uğur qazanacaqlaını bildirib:
"Keçən həftə səhvimiz ucbatından 2 xal itirdik. Qarşıdakı oyunlarda itirdiyimiz xalları bərpa etmək lazımdır. Həm kubokda, həm də liqada uğur qazanamağa çalışacağıq”.
saytlarin hazirlanmasi