"Xəzər Lənkəran" rəsmisi Ramin Musayev və Xaqani Məmmədova nə deyəcək?

00:37 - 1 Mart 2014

"Elvin Əsgərova bomba bağlayıb, istədiyiniz oyuna təyin edin"
 
Dünən Premyer Liqanın 24-cü turunda  "Xəzər Lənkəran" doğma meydanda "İnter"lə (1:1) bərabərə qalıb.
 
Sportal.az xəbər verir ki, bu oyun əsasən hakim idarəçiliyi ilə yadda qalıb. Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu matçla bağlı ürəyini "facebook" hesabında "boşaldıb".
 
"Ramin Musayev, Xaqani Məmmədovu görüncə deyəcəyim ilk ifadə: Yeni kamikadzeniz mübarək. Elvin Əsgərova (red. oyunun baş hakimin nəzərdə tutur)  bomba bağlayıb, istədiyiniz oyuna təyin edin".

Xəbər xətti