Rəşad Sadıqov "Qarabağ"ın qolunu ləğv etdi

10:33 - 1 Mart 2014

Muarem Muaremin qolunu Vüsal Əliyev saymadı

 

Dünən Premyer Liqanın 24-cü turunda "Neftçi" "Qarabağ"ı qəbul edib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə oyunda maraqlı hadisə yaşanıb. Belə ki, ikinci hissənin ortalarında Araz Abdullayevin qaydanı pozduğu epizodda "Qarabağ"ın futbolçuları cərimə zərbəsini dərhal başlayaraq qolla tmamalayıblar. Hakim əvvəl mərkəzi göstərsə də, sonra qərarını dəyişərək qolu ləğv edib. Buna səbəb "köhlən atlar"ın kapitanı Rəşad Sadıqovun baş hakim Əliyevdən qolun ləğv etməsini istəməsi olub. 

 

Qeyd edək ki, həmin qayda pozuntusunda Araz Abdullayev birbaşa qırmızı vərəqə ilə cəzalandırılmasına baxmayaraq hələ də meydanı tərk etməmişdi. Rəşad Sadıqov bunu görərk hakimə bildirib.

Xəbər xətti