"Vicente Calderon" tribunalarında Xocalı soyqırımı haqqında məlumat veriləcək

17:19 - 2 Mart 2014

"Atletiko" - "Bakı"- "Real" klubunun rəsmiləri bir araya gəliblər
 
Bu gün İspaniya La liqasında növbəti turun oyunları keçiriləcək.
 
Çempionluq uğrunda mübarizə aparan "Atletiko" və "Real" saat 20:00-da "Vicente Calderon"da üz-üzə gələcək. Əzəli rəqiblərinin duelini "Bakı"nın prezidenti Hafiz Məmmədov və klubun icraçı-direktoru Yaşar Seyidov tribunadan izləyəcək.
 
İctimai xadim Leyla Əliyevanın başladığı "Xocalıya ədalət" kompaniyası İspaniyada da davam etdirilir. Qarşılaşmadan öncə "Bakı" klubunun rəhbərliyi "Atletiko" və "Real"  rəsmiləri bir araya gəliblər. "Bakı"-nın icraçı-direktoru Yaşar Seyidov Sportal.az-a açıqlamasında bildirib ki, "oyundan əvvəl Azərbaycanda baş verən Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə 22 il bundan öncə baş verən erməni vəhşilikləri  "Real" və "Atletiko" rəsmilərinə çatdırıldı. Mərasimdə Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad olunub. Madrid derbisinə "Atletiko" qara sarğı və formaların üzərində yerləşdirilmiş qara lentlə çıxacaq. Oyundan öncə isə "Vicente Calderon" tribunalarında Xocalı soyqırımı haqqında məlumat veriləcək".

Xəbər xətti