Mövsümün ikinci het-triki
Azərbaycan Premyer Liqasında mövsümün 2-ci het-triki qeydə alınıb.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Reynaldo Silva “Neftçi” ilə görüşdə 3 qol vurmaqla 24-cü turun qəhrəmanı olub. Braziliyalı yarımmüdafiəçi 4:1 hesablı səfər qələbəsinin əsas səbəbkarlarından birinə çevrilib.
Cənubi amerikalıyadək cari mövsümdə yalnız 1 dəfə hettrik qeydə alınmışdı. 4-cü turun “Rəvan”la səfər görüşündə Baçana Sxadadze vurduğu 3 qolla “İnter”in 5:1 hesablı qələbəsinə töhfə vermişdi. 2013-cü il avqustun 25-də baş tutan həmin görüşdən sonra 1 oyunda 3 qol vuran olmamışdı.
Reynaldo həm də Azərbaycan çempionatlarında het-trik müəllifi olan 3-cü braziliyalı oldu. Bunadək Premyer Liqada bu ölkədən olan futbolçuların 3 belə uğuru qeydə alınmışdı. “Olimpik”də çıxış edən Leandro Qomeş 2009-cu il martın 7-də “Bakılı”nı 3 dəfə məyus etmişdi. Azərbaycan çempionatında 2 het-trik edən yeganə braziliyalı isə 2005/06 mövsümündə “Turan” azarkeşlərini sevindirən Junivan Suares olmuşdu.
saytlarin hazirlanmasi