Bu yazıq italiyalılar… YAZI

12:29 - 3 Mart 2014

Mən indidən özümü Fransada hiss edirəm. Ah, Paris, Paris… Sena çayının sahilində gəzişib əsrarəngizmənzərəyə baxıram. Suların yaratdığı təbii musiqiyə nə çatar? Vensen meşələri ruhumu oxşayır. Notr-Dam de Pari kilsəsi mənə elə doğma gəlir ki… Bəs o piramidalı gözəl- Luvr muzeyi. Mona Liza, Miloslu Venera ilə üzbəüz qalmışam. Fransız xalqına qarışıb kef edirəm, ətrafda görünən turistlərəyuxarıdan aşağı baxıram. Bəs necə? Onların ölkəsində heç Berti Foqts varmı?
 
Fransada hələ iki il sonra keçiriləcək futbol üzrə Avropa Çempionatının püşkü atılandan Parisin gəzmədiyimməhəlləsi, küçəsi qalmayıb. Onsuz da Berti Foqts millimizi buralara qədər gətirəcək, qoy indidən ayağımız Paris küçələrini tapdalasın. Sözün açığı, Avropa Çempionatı günlərində millimizinqalacağı oteli də gözaltı eləmişəm. Lakin hələ adını deyib rəqiblərimizi duyuq salmaq istəmirəm.
 
AFFA-da babat bir vəzifəm, çoxdüyməli telefonum olsaydı tapşırardım ki, Fransaya getmək üçün elə indidən millimizin oyunçularına ezamiyyə pulu ödənsin. Bir yeşik pul da alman məşqçisinə göndərərdim. Ayda kisə ilə maaş alan Foqtsun ezamiyyə pulu da yəqin elə yeşiklə olar.
 
Fransada biz də oynamayaq bəs kim oynasın? Püşkdən çıxan qrup rəqiblərimizin adı sizə nəsə deməlidi axı. Başlayaq Maltadan. Cırtdanlara bəri başdan bir quş. İndi dünyada ara qarışıb, məzhəb itib. Daha Cırtdan, yaxma çörək, oduna getmək, xəlbirlə su daşımaq zamanı deyil. Nə isə, Maltanın işi məlumdu. 6 xal artıq cibimizdədi. Bəzi futbol başbilənlərimizin sözü olmasın, hələ müəyyən məsələləriöncədən həll edib iki oyundan 7 xal da yığmaq olar.
 
Bolqarıstanı mən heç rəqib saymıram. Sovetlərinşinelindən çıxandan sonra lüt-üryan qalıblar. İqtisadi böhran bolqarları o günə qoyub ki, acından heç günorta da dura bilmirlər. “Sofiya elektrikşəbəkə”də çalışan dostumun dediyinə görə, Bolqarıstan millisinin baş məşqçisi Penevin 174 dollar işıq pulu borcu var. Bu adam işıq pulunu ödəyə bilmir, Foqtsun oyunçularına qarşı taktikanı necə quracaq?
 
Norveçi ciddi rəqib sayırsız, əfəndilər? Bu uzaq, lap uzaq ölkədə yaşayan insanlar gün çıxanda sevinirlər. Soyuqdan əl-ayaqları donub, onlar necə futbol oynayacaqlar?Hokkey yarışı olsaydı onlardan çəkinməyə dəyərdi.
 
Xorvatiya… Adı heç xoşuma gəlmir, birtəhər səslənir e… Ölkənin adı olar Hollandiya, Yeni Zelandiya, uzaqbaşı da Finlandiya. Millimiz Xorvatiyanı gözüyumuluməğlub edə bilər. Bilirsiz, nəyin hesabına? Vətənpərvərliyin. Bəli, bəli. Xorvatiyada ayağı babat top tutan futbolçu qaçıb gedir xarici ölkələrə. Belələrindənsoruşmaq lazımdı ki, əgər sən Vətənini sevirsənsə, niyə xaricdə legioner həyatı yaşayırsan? Bizim futbolçular türklər demiş, adam kimi adamdılar. Futbolçularımızdan bircəciyi də xaricdə oynamır, yad ölkənin suyunu içib, onun havasını udmur. Bir Ruslan Abışovdu, onu da kəşfiyyatagöndərmişik. Yaxşı futbolçu ölkəsində oynamalıdı, evinin içində pul qazanmalıdı. Dahi rus şairi, diplomatı Aleksandr Qriboyedovnahaq yerə deməyib ki, Vətənin tüstüsü də şirindi. Tutaq ki, Luka Modriçin bibisi xəstələndi. Sizcə o, “Real”dakı məşqi qoyub Zaqrebə qayıdar, küçə-küçə gəzib aptek axtarar?
 
Hə, gəlib çatdıq İtaliyaya. Bu yazıq italiyalılar, əlimizdən nələr çəkəcəklər… Futbolun canlı əfsanələrindən sayılan Buffon bu qoca vaxtında işə düşəcək də. Qapıdan top çıxarmaqdanyorulacaq. Baş məşqçi Prandelli infarkt keçirməsə yaxşıdı. Eybi yox, Foqts bu neçə ildə bizi xəstəliyə salıb, qoy bir dəfə də Prandelli yolunu xəstəxanadan keçsin. Yazıq italiyalılar Bakıya çatınca günləri qara olacaq.
 
Qrupdan çıxmışıq e… Ona görə də indidən özümü Fransada hiss edirəm. Parisin küçələri mənə dar gəlir. MilyonlarıParisə gəlməyə məcbur edən uzun ayaqlı gözəlçənin- Eyfelin qarşısındayam.Millimizin futbolçuları Avropa Çempionatının final mərhələsindəoyundan öncə qülləni gəzməyə gəliblər. Berti Foqts çıxarıb onları qüllənin başına, bütün Fransaya yuxarıdan aşağı baxırlar. Mahir Şükürovu uzaqdan görürəm, fransızlarabarmağını göstərir…
 
Etibar Cəbrayıloğlu – “Het-trik news”

Xəbər xətti