Xaqani Məmmədov etiraf etdi: "Riçard Almeyda meydandan qovulmalı idi"

15:16 - 3 Mart 2014

"Hakimlə bağlı çıxarılacaq cəzanı ictimaiyyətə açıqlamaq məcburiyyətində deyilik

 

"Əvvəla, "Neftçi" rəsmiləri o epizodları üzə çıxartmamışdan əvvəl biz o epizodları aşkarlamışdıq. Mən deməmişəm ki, hakim Vüsal Əliyevin verdiyi bütün qərarlar yalnışdır. Bəli, həmin oyunda hər iki tərəfə hakim səhvləri kifayət qədər idi. Vüsal Əliyevin səhvləri var, bununla bağlı tədbir görüləcək. Hakimlə bağlı çıxarılacaq cəzanı ictimaiyyətə açıqlamaq məcburiyyətində deyilik". 

 

Bu sözləri Sportal.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Məmmədov son turdakı "Neftçi" - "Qarabağ" matçında baş verən hakim səhvlərinə belə münasibət bildirib:

 

"Konkret epizodlara münasibət bildirmək istəmirəm. Ancaq Riçard Almeydanın Nfora qarşı etdiyi kobudluq bağışlanmazdı. Orada Riçard Almeyda meydandan qovulmalı idi. Yenə təkrar edirəm, bütün epizodları analiz etmək istəmirəm, artıq bu epizodlar əlimizdə var və təhlil olunub tədbir görüləcək. 

Vüsal Əlievin oyunun nəticəsinə təsir etdiyini demək olmaz. Qırmızı vərəqənın verilib-verilməməyi oyunun nəticəsinə təsir etmir. O vaxt təsir edir ki, hakim düzgün qolu qol və ya oyundan kənar vəziyyətdən vurulmuş qolu sayır".

Xəbər xətti