"Sxadadze çağırıb dedi ki, sən hələ mənə lazımsan"

17:36 - 3 Mart 2014

Samir Zərgərov: "Fərdi məşqlər edirəm"

 

"Bir neçə müddət idi ki, futboldan uzaq düşmüşəm. Bu zədəm ilə bağlıdır. Fərdi məşqlər edirəm. İnşallah yaxın günlərdə həkimlər icazə versə, komanda ilə məşqlərə başlayacağam". 

 

Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu Samir Zərgərov deyib. Zərgərov müqaviləsinin mayda bitəcəyini və oturub rəhbərliklə söhbət edəcəyini bildirib:

 

"Hal hazırda may ayına kimi müqaviləm var və tək düşüncəm komanda ilə məşqlərə başlayıb öz formamı bərpa etməkdir. Yayda məni bir neçə klub istəyirdi, amma Sxadadze məni çağırıb dedi ki, sən hələ mənə lazımsan. Buna görə də mən "İnter"i seçdim. Məşqləri bərpa edəndən sonra mayda müqaviləmlə bağlı rəhbərliklə danışacağam".

Xəbər xətti