Mustafa Dənizli: "Qrupda 3-cü yer üçün Azərbaycan yığmasının hər zaman şansı var"

00:02 - 4 Mart 2014

"Bu milli komandanın gözünü qorxutmamalıdır"
 
Azərbaycan yığması Fransada keçiriləcək AÇ-2016-nın seçmə mərhələsində İtalya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta milliləri ilə eyni qrupda yer alıb.
 
"Xəzər Lənkəran"ın təcrübəli baş məşqçisi Mustafa Dənizli bu püşkü Sportal.az-a dəyərləndirdi:
 
"Azərbaycanın yer aldığı qrupda çətin komandalar yer alır, bu komandanın gözünü qorxutmamalıdır. Milli komandanın yaxşı potensialı var. Həmin qrupda üçüncü yer üçün Azərbaycan yığmasının hər zaman şansı var"

Xəbər xətti