Azarkeşlər "Neftçi"ni ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Neftçi” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Hakimlər Komitəsinə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməyi tapşırıb.
Oyunun 1-ci dəqiqəsində “Qarabağ”ın, matçın 62-ci dəqiqəsində isə “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.
“Bakı” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nodar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Rəvan” – AZAL matçının 46-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Joze Junior Ailton sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
saytlarin hazirlanmasi