"Hansısa komandanı arxasınca apara biləcək futbolçuların qıraqda qaldığını görmürəm"
Millimizin sabiq baş məşqçisi Şahin Diniyevin Sportal.az-a müsahibəsi
- Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan yığma komandasının Filippinlə yoldaşlıq görüşü keçirməsi nə məna daşıyır?
- Buna iki tərəfli baxmaq olar. Bu yoldaşlıq oyunun bizə həm xeyri dəyə bilər, həm də ziyanı ola bilər. Xeyri odur ki. 10-15 məşq toplanışı keçməkdənsə, bir yoxlama oyunu daha sərfəlidir. Həmin yoldaşlıq oyununda yeni oyunçuları sınaqdan çıxarmaqla yanaşı, komandada hansı nöqtələrin zəif olduğunu üzə çıxarmaq olur. Digər tərəfdən artıq komandaya taktiki sxemin oturtmaq üçün yaxşı şansdır. Ziyanlı tərəfi isə odur ki, rəqib olaraq Filippin millisi elə də güclü deyil. O vaxt komandamızın zəif nöqtələri onda bilinir ki, rəqib daha güclü olsun. Belədə ən azında komandamızın hansı gücə malik olduğu üzə çıxır. Filippin millisi ilə oyunda hansısa səhvləri üzə çıxarmaq çətindir. Digər tərəfdən isə Fillipinlə yoldaşlıq görüşü keçirməyimiz məcburiyyətdən irəli gəlir. Çünki Azərbaycan millisi ilə daha güclü komandalar oynamaq istəmirlər.
- AÇ-2016 mərhələsində qrupdakı rəqiblərimiz artıq bəllidir. Belə güman edirlər ki, 3-cü yeri tutmaq şansımız var. Siz necə düşünürsünür, biz Norveç və Bolqarıstanı qabaqlaya bilər?
- Gəlin hadisələrə real yanaşaq. Sözsüz ki, qrupun favoriti İtaliya yığması hesab olunur. Onunla mübarizə aparacaq ikinci komanda Xorvatiya millisi olacaq. Bu mübarizədən geri qalmamaq üçün Norveç və Bolqarıstan da onlara çatmağa çalışacaqlar. Qrupun autsayderi Malta ilə Azərbaycan millisidir. Millimiz yalnız qrupda sonuncu olmamaq üçün Maltanı üstələməlidi. Maltanı üstələyib maksimium 4-cü yer uğrunda Bolqarıstanla mübarizəyə qoşula bilər.
- Berti Foqtsun təlim-məşq toplanışına apardığı futbolçuların seçimi ilə razısan?
- Kimliyindən asılı olmayaraq baş məşqçinin seçiminə hörmətlə yanaşmaq lazımdır. Berti Foqts öz taktikasına uyğun olaraq milliyə futbolçu dəvət edib. Ola bilər ki, kimlərsə yığmadan kənar qalıb. Zaman-zaman belə hadisələrə rast gəlmişik. Ancaq hansısa komandanı arxasınca apara biləcək futbolçuların qıraqda qaldığını görmürəm. Ola bilər ki, kimlərsə çempionatda özünü yaxşı tərəfdən göstərə bilməyib. Bunu da başa düşmək olar. Əslində baş məşqçinin qarşısında bu futbolçuların yoldaşlıq matçında sınaqdan keçirmək məsələsi durur. Ötən seçmə mərhələdə millidə yer alan futbolçuların hansı gücə malik olduqlarını baş məşqçi yaxşı bilir. Bu yoldaşlıq matçı da məhz milliyə yeni çağrılanlar üçün sınaqdır.
Şahin OĞUZ
saytlarin hazirlanmasi