"Filippin yığması ilə bizi çox gərgin oyun gözləyir"

11:34 - 5 Mart 2014

Yunis Hüseynov: "Kor nə istəyər, iki göz, biri əyri, biri düz"

 

"Dünya çempionatının seçmə mərhələsinin hazırlıqlarını milli komandamız Dubayda təlim-məşq toplanışında 3 yoldaşlıq oyunu ilə başladı. Onda komandamız Hindistan, Fələstin və Sinqapurla yoxlama oyunu keçirtdi. Ola bilər ki, belə komandalarla oynamağımız bizə düşərli olur. DÇ-2014-ün seçmə mərhələsində milli komandamız 9 xal topladı. Bəlkə bu səbəbdən ilk oyunu Filippin millisi ilə keçirməyi qərara alıblar. Filippin yığması ilə gərgin oyun olacaq. Hardasa digər güclü futbol ölkələrinin milliləri yoldaşlıq matçlarının planlarını cızdığına görə millimizə rəqib tapılmayıb. Açığı, bizim milli komandamızla güclü rəqiblər oynamaq istəmirlər".

 

Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov deyib. Hüseynov milliyə dəvət alan futbolçulara və Berti Foqtsun futbolçu seçiminə şər verib:

 

"Berti Foqtsun təlim-məşq toplanışına hansı futbolçularını apardığı ilə bağlı məlumatım yoxdur. Axşam baxacam görüm milliyə hansı oyunçuları dəvət edib. Əslində belə yoxlama oyunlarında gənc oyunçuları sınamaq daha məqsədə uyğundur. Bu vaxta qədər millidə çıxış edən futbolçuların potensialı və səviyyəsi baş məşqçiyə məlumdur. Onların gücünü yaxşı bilir və gənc oyunçuarı sınamaq üçün Filippinlə yoldaşlıq bir sınaq olar.

 

O ki qaldı Avropa seçmə mərhələsindəki rəqiblərimizə, çətin qrupa düşmüşük. Mənə elə gəlir ki, millimiz Maltanı, maksimum isə Bolqarıstanı üstələyib 4-cü yeri tuta bilər. Kimlərsə deyirsə qrupda 3-cü yeri tutmaq şansımız var, hamımız bunu arzulayırırq. Təki onların dedikləri düz çıxsın. Kor nə istəyər, iki göz, biri əyri, biri düz. Lakin reallıq qrupda 3-cü yeri tutacağımızı əks etdirmir".  

Xəbər xətti