24-cü turun rəmzi komandası: Yarımmüdafiə xəttinin bütün futbolçuları bir komandadan

11:43 - 5 Mart 2014

Ən yaxşı futbolçu Reynaldo seçildi
 
Azərbaycan Premyer Liqasında 24-cü turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşmişdir.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı - Kamal Bayramov (Rəvan)
 
Müdafiəçilər - Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)
 
Yarımmüdafiəçilər - Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc ( Qarabağ)
 
Hücumçular - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)
 
Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın braziliyalı oyunçusu Reynaldodur.

Xəbər xətti