Ramin Musayev iş adamlarını futbola biganəlikdə qınadı: "Hamı yuxarıdan göstəriş gözləyir"

12:47 - 6 Mart 2014

"Vətənpərvərlik insanın canında, qanında, damarında olmalıdı"
 
PFL-in prezidenti Ramin Musayev növbəti mövsüm Premyer Liqada daha çox komandanın iştirak etmək istədiyini deyib.
 
Sportal.az xəbər verir ki, "Futbol+" qəzetinə çempionatın formatı ilə bağlı suala cavab verərkən maraqlı məsələyə də toxunub: 
 
"Məndən olsa, premyer-liqada 12, 14, 16 komanda iştirak edərdi. Çünki çox komanda olan yerdə milliyə futbolçu seçimi də geniş olur. Bugünkü limitə görə Berti Foqts cəmi 40 yerli futbolçunun oyununu izləməlidi. Yığmanın təlim-məşq toplanışları zamanı artıq hamı bilir ki, ölkənin əsas komandasına kimlər çağrılacaq. Nə vaxta kimi sağda Mahir, solda Elnur oynayacaq? Demirəm ki, onlar pis futbolçulardı. Ancaq Foqtsun da seçim imkanı olmalıdı. 
 
Bu işdə rayonların icra başçılarının, yerli iş adamlarının da etinasızlığı sözünü deyir. Vətənpərvərlik insanın canında, qanında, damarında olmalıdı. İndi hamı yuxarıdan göstəriş gözləyir. Ölkə başçısı idmanın inkişafı üçün hər cür şərait yaradıb. Biz də istəyirik ki, onun etimadını doğuldaq. İcra başçıları da çalışmalıdı ki, rəhbərlik etdiyi bölgələrdə futbol inkişaf etsin. Nə vaxta ki, PFL prezidenti ondan-bundan xahiş edəcək ki, "Şəmkir"in, "Göyəzən"in, "Turan"ın hesabına 5-10 min manat pul köçürün. Halbuki qərb bölgəsi Azərbaycan futbolunun Məkkəsidi. Belə məqamları nəzərə almaq lazımdı".

Xəbər xətti