"Bu oyunu yayımlamağa fantastik məbləğ deyirlər"
Dünən Azərbaycan yığma komandası Filippinlə yoldaşlıq oyunu keçirsə də, bu oyun televiziya kanalları vasitəsi ilə canlı yayımlanmadı.
Bunun səbəbini isə AFFA-nın mətbuat və ictimai əlaqələr üzrə departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Sportal.az-a açıqlamasında bildirib:
"Bu qarşılaşma yoldaşlıq oyunu olduğuna görə bizə heç bir televiziya kanalından təklif gəlməmişdi. Biz də elə imkan yoxdur ki, burdan hansısa kanalı aparaq Dubaya, çəkiliş etsin, siqnal ötürsün. Dubayda hər iki komanda qonaq olduğu üçün burada yalnız yerli kanallar yayımlaması daha asan olur, ancaq yerli kanallardan da heç bir təklif gəlməmişdi. Oyunun başlamasına bir neçə saat qalmış Filippin tərəfindən iki kamera quraşdırıldı, bu da yəqin oyunu analiz etmək üçün çəkilirdi.Oyun neytral məkanda olanda yerli kanallar yayımlamaq üçün fantastik qiymət istəyirlər, kokret iştirak etdiyimiz bir turnirdə yayım üçün 70 000 dollar pul istəyirdilər, həm də onların əlavə şərtləri olurdu. Bir yoxlama oyunu üçün bu qədər pul verməyə dəyməz. Mayda keçiriləcək ABŞ-la oyunda rəqiblərdən biri meydan sahibi olduğu üçün bu oyun canlı yayımlana bilər. Hazırda bu oyunu yayımlamaq üçün anışıqlar gedir, böyük ehtimalla da yayımlanacaq".
AFFA rəsmisi dünənki qələbəyə görə millimizin hər bir futbolçusuna 15 000 manat veriləcəyi haqqında gəzən söhbətlərə də toxunub.
"Bu informasiyaların hamısı əsassızdır, hələ bu barədə heç bir məlumat yoxdur. Amma milli qələbə qazanıbsa, sözsüz ki, mükafatlandırılacaq".
saytlarin hazirlanmasi