Tarixdə iz buraxmış yanlışlıqlar
FİFA dünya futbolunda bu günə kimi iz buraxan ən böyük 10 hakim səhvini müəyyən edib.
Sportal.az həmin səhvləri təqdim edir:
1. 2009-cü ildə oynanılan Fransa-İrlandiya dünya çempionatının seçmə mərhələsinin pley-off matçında Tyerri Anri topu əli ilə düzəldərək qabağına ataraq Vilyan Qallasa ötürmə edir. Sonuncu topu tora göndərərək səfərdə hesabı bərabərləşdirir - 1:1. Məhz bu qol İrlandiya millisini DÇ-2010-un final mərhələsindən kənarda qoyur.
2. 2011-ci ildə Asiya Çempionlar Liqasında "Əl Sədd" ilə "Suvon Blievinks" arasındakı qarşılaşmada ikinci komandanın futbolçusu zədə alaraq yerdə qalıb. Buna məhəl qoymayan "Əl Sədd"in futbolçuları hücumu davam etdirərək qol vurub. Hakim isə qolu qeydə alıb.
3. 2007-ci ildə Çempionlar Liqasında "Mançester Yunayted" "Lill"ə qarşılaşıb. Oyunun gedişində "qırmızı şeytanlar" cərimə meydançasının yaxınlığında sərbəst vuruş qazanıb. "Lill"in qapıçısı canlı səddi qurarkən Rayan Giqz topu boş qapıya göndərib və hakim qolu qeydə alıb.
4. Cari mövsüm Almaniya Bundesliqaslında "Hoffenhaym" - "Bayer" komandaları qarşılaşıb. "BAyer"li Kisling künc zərbəsindən göndərilən topu başla qapıya göndərib. Top qapı xəttinin qırağındakı toru cıraraq qapıya daxil olub. Hakim Bryk qolu qeydə alıb. "Hoffenhaym" rəhbərliyi buna etiraz etsə də, ancaq FİFA-nın "Hakim qərarları dəyişməz" səbəbilə qol qüvvədə qalıb.
5. 2002-ci ildə dünya çempionatının 1/8 finalında İtaliya - Cənubi Koreya matçında hakim Bayron Moreno İtaliyanların təmiz qolunu qeydə almayıb. Moreno daha sonra Françesko Tottiyə hakimi aldatmağa yönəlik hərəkətinə görə qırmızı vərəqə verib. Sonda məğlubiyyətlə üzləşən İtaliya millsi mundialda mübarizəsini dayandırıb.
6. 1994-cü ildə Almaniya liqasında "Bavariya" - "Nürnberq" matçında Tomas Helmer vurduğu top qapı dirəyinin yanından keçib. Hakim isə qol qərarı qeydə alıb. "Nürnberq"in etirazından sonra oyun təkrar keçirilib.
7. 1986-ci il dünya çempionatının 1/4 finalının Argentina - İngiltərə qarşılaşmasında Dieqo Armando Maradona topu əllə qapıdan keçirib. Bu epizodda hakim qolu qeydə alıb. Oyundan sonra Maradona açıqlamasında qolu "Tanrının əli" ilə vurudğunu deyib.
8. 2010 dünya çempionatının 1/8 finalında Almaniya - İngiltərə matçında almanlar 2:1 öndə olarkən ingiltərəli Frenk Lempardın vuruğu top üst dirəyə dəyərək qapı xəttini tam keşib. Lakin təmiz qolu hakim qeydə almayıb. Həmin qarşılaşma Almaniya millisini 4:1 hesablı qələbəsi ilə başa çatıb.
9. "Sivaspor" - "Fənərbaxça" matçında hakim Yunus İldırım bu epizoda penalti verməyib.
10. 1966-ci ilin dünya çempionatının fialında İngiltərə - Almaniya matçının 101-ci dəqiqəsində Geog Hurst ingilisləri 3:2 hesabı ilə önə küçirib. İsveçrəli referi Qotfrend Dienst yan xətt hakim Tofiq Bəhramovla danışıqdan sonra qolu qeydə alıb. İngiltərə 4:2 hesabı ilə qalıb gələrək dünya çempionu adını qazanıb.
saytlarin hazirlanmasi