AFFA-nın növbəti konfransı işinə başlayıb
“Hilton” otelində AFFA-nın növbəti konfransı işinə başlayıb.
Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən qurumun prezidenti Rövnəq Abdullayev UEFA standartlarına uyğun konfrans keçirməyi qərara aldıqlarını söyləyib.
O, konfransda iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki salamlayıb və tədbiri açıq elan edib.
Abdullayev ötən ili uğurla başa vurduqlarını bildirib. O, yığmamızın 2014-cü il dünya çempionatının seçmə tsiklində 9 xal qazandıqlarını xatırladıb:
“2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bakının sənədlərini 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işlərinin başa çatıb və apreldə çıxarılacaq qərarı gözləyirik. Bakı qalib seçiləcəyi halda, oyunları yüksək səviyyədə keçirməyə hazırıq”.
saytlarin hazirlanmasi