Şenes Erzik: "20 il ərzində Azərbaycana 15 dəfəyədək səfər etmişəm"
UEFA-nın I vitse-prezidenti Şenes Erzik AFFA-nın Konfransında çıxış edib.
Sportal.az xəbər verir ki, Erzik qurumun prezidenti Mişel Platininin salamlarını çatdırıb. O, 1992-ci ildə özünün Türkiyə Futbol Federasiyasının prezidenti seçildiyini, həmin il isə AFFA-nın yarandığını xatırladıb. Ötən müddətdə çox məşəqqətlli günlər keçirdiklərini deyən Erzik əldə edilən uğurların keçmişi unutdurmağa başladığını bildirib:
“O zamanlar ilk təməllər atıldı. 20 il ərzində Azərbaycana 15 dəfəyədək səfər etmişəm. Uğurlu nəticələrə imza atdığınız üçün hamınızı təbrik edirəm. 1994-cü ilin sonlarında seçmə mərhələ oyunları ərəfəsi idi. Stadionların vəziyyətinə dair hesabatda yeni üzvümüz AFFA-nın münasib stadionunun olmadığı üzə çıxdı. Həmin vaxt mən Azərbaycan yığmasının oyunlarının Türkiyədə keçirməsini istədim. Xoşbəxtlikdən, Azərbaycan və Türkiyə milliləri eyni qrupa düşmədi. Nəticədə yığmanız ev oyunlarını Trabzonda keçirməyə başladı. Türkiyə millisi isə 1996-cı il Avropa çempionatına ilk dəfə vəsiqə qazandı”.
Mənbə: Lent.az
saytlarin hazirlanmasi