Limitlə bağlı son qərar verildi: Legioner sayı azaldıldı

13:42 - 7 Mart 2014

Yerli futbolçulardan birinin yaş həddi isə 21 yaşdan yuxarı olmamalıdı
 
AFFA İcraiyyə komitəsi 2014-15-ci illər mövsümündən Azərbaycan Premyer Liqasında qüvvəyə minəcək legioner limiti ilə bağlı yekun qərarını verib.
 
Sportal.az xəbər verir ki, növbəti mövsümdən meydana eyni zamanda altı legioner və beş yerli futbolçu çıxa biləcək.
 
Yerli futbolçulardan birinin yaş həddi isə 21 yaşdan yuxarı olmamalıdı.
 
Qeyd edək ki, cari mövsümdə komandalar “7+4” sxemi ilə çıxış edir.

Xəbər xətti