"Komediya kimi bir oyun oldu"
"Mən bura gələndə nə deyəcəyimi bilmirəm. Komediya kimi bir oyun oldu. Belə bir oyunun belə bir nəticə 20 ildə bir olur. Bir oyunda bu qədər qol qaçırısan, olacağı bu idi. Burda başqa deyiləcək bir söz yoxdur. Futbolçularla lazımlı şəkildə danışdım. Bu oyuna gülməyəcəksənsə, nə edəcəm. Rəqibin qapımızda bir qol epizodu yaratdı. Bu oyun 5:1, 6:1 hesabı ilə bitməli idi. Bu oyunda sözün bitdiyi yerdəyəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"la məğlubiyyətdən sonra Dənizli bildirib. O, komandanın buraxdığı qollara görə narahat olduğunu dilə gətirib:
"Yenə də uşaq səhvlərindən qol buraxdıq. Rəqibi təbrik edirəm. Oyunçularımız qolları rəqibə hədiyyə etdi. İlk qolda qapıçı topu çıxıb almalı idi, amma çıxmadı, ikinci qolda da topu uzaqlaşdırmaq əvəzinə, rəqibə verdi. İstəsən də, bu xətanı təkrarlaya bilməzsən. Etame 10 gündür, komanda ilə birlikdə məşq etmirdi, ona görə əsas heyətdə yer almadı. Alternativ olaraq, istifadə edəcəyimiz futbolçuların hamısı legionerlərdir, bu da bizim işimizi çatdırır."
saytlarin hazirlanmasi