"Uğursuz olaramsa, rəhbərlik məni göndərər"

18:03 - 8 Mart 2014

Güvənc Kurtar: "Kamal Bayramov bu gün yaxşı oynadı"

 

”Xəzər Lənkəran” oyuna yaxşı başladı. Rəqib əla komandadır, bizdən çox güclüdür. Buraxılan qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində qurduq. Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək istəyirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib. Kurtar futbolçularına təriflər yağdırıb:

 

"Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam. Buraya futbol adına nəsə etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa rəhbərlik məni göndərər. Məşqçinin bəhanəsi olmamalıdir. Nəticə varsa, işinə davam etməlidir, əks halda getməlidir”. 

Xəbər xətti