"Məğlubiyyətə layiq deyildik"
"Oyun bərabər səviyyədə keçdi. Heç nədən qapımızda iki qol gördük. Məğlubiyyətə layiq deyildik".
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın müdafiəçisi Aleksandr Şemonayev deyib. Şemonayev hakimin ona göstərdiyi qırmızı vərəqəyə də şərh verib:
"Mən yıxıldıqdan sonra ayağa qalxarkən öz-özümə söylənirdim. Hakim isə bunu söyüş hesab edərək mənə qırmızı vərəqə verdi. Orxan Məmmədov məni yanlış yerə meydandan qovdu. Guya mən "Simurq" komandasının azarkeşlərini söymüşəm. Mənim azarkeşlərlə nə işim var? Mən heç kimi təhqir etməmişəm".
Müdafiəçi Nedo Turkoviçin qaçırtığı penalti epizoduna da münasibət bildirdi:
"Bu futboldu, meydanda hər şey ola bilər. Bir oyunda vura bilməz, gələn oyunda vurar".
saytlarin hazirlanmasi