"Məşqçinin irad bildirməsi normal bir şeydir"
Dünən baş tutan "Rəvan" - "Xəzər Lənkəran" (2:1) matçından sonra mətbuatda qonaqların gənc qapıçısı Orxan Sadıqlının məşqçisi Hafiz Əliyevlə mübahisə etməsi, hətta, qolkiperin məşqçisinə kəllə vurmaq istədiyi barədə məlumatlar yaılıb.
Məsələni aydınlşdırmaq üçün Orxan Sadıqlı ilə əlaqə saxladıq, o, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
"Oyundan sonra mübahisə yox, matçı analiz edirdik, bu zaman məşqçi mənə bildirdi ki, ilk buraxılan qolda topa çıxa blərdin, mən də dedim ki, çıxa bilərdim amma hava küləkli idi. Məşqçinin irad bildirməsi normal bir şeydir. Bu qolda mənim də səhvim var idi.
O ki qaldı, kəllə vurmaq məsələsinə. Belə bir şey olmayıb, ola da bilməz. Haqqımda yazılanlardan xəbərsiz idim, ilk dəfə sizdən eşitdim. Mən müəllimimə nə kəllə atmışam, nə də vurmaq istəmişəm. Sadəcə həmin jurnalistə deyirəm ki, haqqınmda nə yazırsa araşdırsın, doğru olanı yazsın".
saytlarin hazirlanmasi