Məmmədov: "Qarabağ"a uduzsaq ..."

12:00 - 9 Mart 2014

"Buna göra də qələbə qazanmalıyıq"
 
"Sumqayıt"la xal itkisi gözlənilməz oldu, amma onlar da yaxşı mübarizə apardı, ürəklə oynadılar. Buna görə də, bir xal qazandılar. Bu gün də "Qarabağ"la qarşılaşırıq, əgər uduzsaq liderlə arazmıda xal fərqi böyüyəcək, həm də digər rəqiblər gəlib bizə çatacaq. Buna göra də qələbə qazanmalıyıq. Biz bilirik ki, rəqib çox güclü kollektivə malikdir, səviyyəli legionerləri var.
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın qolkiperi Aqil Məmmədov bildirib: Məmmədov  "Bakı"nın çempionluq uğrunda mübarizə aparacağını da dilə gətirib.
 
"Qarşıda çox oyunlar var, məsələn ötən tur iddialı komandalar hamısı xal itirdi. çempionatın sonlarına yaxın çempionluğa kimin yaxın olduğunu demək olar. Biz də öz yolumuzda inamla irəliləyirik"
 
Qolkiper milliyə çağrılmağı ilə bağlı öz fikirlərini də bildirib:
 
"Bu dəfə milliyə çağrılmışdım, amma yaxın adam rəhmətə getmişdi, ona görə getmədim. Çalışacam ki, yenidən milliyə dəvət alım"

Xəbər xətti